lombard
16:20
417

İstanbulda zəlzələ məscidin minarəsini dağıtdı

İstanbulda baş vermiş güclü zəlzələ nəticəsində məscidlərdən birinin minarəsi dağılıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Qeyd edək ki, yeraltı təkanlar 5,8 bal gücündə olub. Zəlzələ yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Hazırda məktəblərdə dərslərin dayandırıldığı bildirilir. Hər hansı dağıntı və ya insan tələfatı barədə hələlik məlumat yoxdur. Mobil operatorların işində problemlər yaranıb.

Sonuncu dəfə sentyabrın 24-də İstanbulda daha bir güclü zəlzələ olmuşdu, yeraltı təkanlar 4,7 bal gücündə qeydə alınmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ