lombard
16:29
289

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun iclası keçirilib

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun iclası  keçirilib
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun iclası  keçirilib
Energetika Nazirliyində elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə aparılmış
islahatlarla bağlı İşçi qrupunun növbəti iclası keçirilib.
İclasda biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə
ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə sahibkarlıq subyektlərinin
elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində islahatlarla bağlı 2019-cu ilin
ikinci yarımilliyi üçün “İcra və Kommunikasiya Planı”nda sentyabr ayı üzrə nəzərdə
tutulmuş tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. “Azərişıq” ASC-nin
“Elektron Müraciətlərin İdarə Olunması Sistemi” (MİOS) vasitəsi ilə edilmiş
müraciətlər üzrə statistik göstəricilər nəzərdən keçirilib, elektrik şəbəkəsinə qoşulma
prosesinin həyata keçirilməsi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları
ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə həmçinin işçi qrupunun üzvlərinə Biznes mühiti və beynəlxalq
reytinqlər üzrə Komissiyanın internet portalı (“azranking.az”) və “Rəqəmsal Təqvim”
elektron sistemi barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust
tarixli Sərəncamı ilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”
haqqında Əsasnamə təsdiq edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ