lombard
11:47
310

“Üçüncü Bahar” təşəbbüs qrupunun “Yaşa” mərkəzi ilə tanışlıq olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Nazirik yanında Dövlət
Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin inzibati binasında yerləşən “Yaşa”
mərkəzi ilə tanış olublar. “Üçüncü Bahar” təşəbbüs qrupu tərəfindən sosial layihə kimi
yaradılmış “Yaşa” mərkəzinin məqsədi təqaüdə çıxmağa hazırlaşan və təqaüddə olan
insanların asudə zamanlarının səmərəli təşkili və onların cəmiyyətə inteqrasiyası məqsədilə
müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsidir.
Mərkəzdə idman, təlim, kompüter və yaradıcılıq otaqları fəaliyyət göstərir. Nazirlik
nümayəndələri otaqlarda yaradılmış şəraitlə tanış olublar.
“Yaşa” mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verilərək layihənin pensiyaçıların
maraq dairələrinə uyğun olaraq maarifləndirici, sağlamlıq, yaradıcılıq olmaqla 3 istiqamət
üzrə icra olunduğu bildirilib. Qeyd edilib ki, bu istiqamətlərdə maliyyə savadlılığı, kompüter
bilikləri, müasir informasiya-kommunikasiya texnologiyalarından effektiv istifadənin təşviqi
xidmətləri, fiziki və mənəvi-psixoloji sağlamlığın qorunması mövzusunda tədbirlər, həkimlərlə
görüşlər təşkil edilir. Toxuculuq və s. bu kimi məşğələlər keçirilir. Mərkəzdə fəaliyyət göstərən
dərnəklərdə həftə ərzində 80-100 nəfər arası pensiyaçının iştirak etdiyi barədə məlumat
verilib. O da bildirilib ki, hal - hazırda “Üçüncü Bahar”dan 2000-ə yaxın pensiyaçı faydalanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ