lombard
11:51
463

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının təqdimatında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının  təqdimatında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının  təqdimatında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının  təqdimatında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının  təqdimatında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının  təqdimatında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının  təqdimatında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Nəsimi” antreprizasının  təqdimatında iştirak edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi, inklüziv teatr olan ƏSA
Teatrının və sosial müəssisələrdə peşə kursu keçmiş istedadlı gənclərin birgə iştirakı ilə
hazırlanan “Nəsimi” antreprizası təqdim olunub.
Tamaşa Prezident İlham Əliyevin Sərəncamına əsasən, böyük Azərbaycan şairi
və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili”
elan edilməsi münasibətilə keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına
həsr olunub.
Nizami Kino Mərkəzində nümayiş olunan antreprizanın təqdimatında Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Tamaşanın təqdimatından əvvəl əlilliyi olan şəxslərin Nəsiminin həyat və
yaradıcılığına həsr etdikləri, 30-a yaxın incəsənət nümunəsindən ibarət “Nəsimi” sərgisi
nümayiş etdirilib.
Leyla Əliyeva sərgi ilə tanış olub, əl işlərinin müəllifləri ilə söhbət edib.
Sonra “Nəsimi” antreprizası nümayiş olunub.
Plastik üslubda təqdim edilən antrepriza İmadəddin Nəsiminin həyat və
yaradıcılığından bəhs edir. Başlanğıcda qanunla ifa edilən musiqidəki hər bir not
Nəsiminin ideologiyasının və onun fəlsəfi fikirlərinin musiqiyə köçürülmüş
təcəssümüdür. Daha sonra Nəsiminin ustadla qarşılaşaraq doğru yola istiqamətlənməsi,
bu yolda həqiqəti dərk etməsi və dərk etdiyi həqiqəti insanlığa çatdırması, onun
mübarizəsi, sonda isə zülmə boyun əymədən haqdan dönməməsi və ruhunun əbədi
dünyada nura qovuşmağı böyük məharətlə təqdim olunur.
Tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadə, plastik həll
üzrə rejissoru Pərviz Məmmədrzayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı
Vüsal Rəhimdir. Tamaşada rolları Elşən Əsgərov, Rafael Şahbəyli, Səmayə Ağayarova,
Cəmilə Məmmədli, Mehdi Cənnəti, Aysel Əlizadə, Rəhimə Abdinova, Elvin Mirzəyev,
Pegah Dafe, Riad Sultanov və başqaları ifa ediblər. Tamaşa üçün xüsusi səhnə
qurulub, 20-dən çox musiqi bəstələnib, özəl kostyumlar tikilib, əlilliyi olan şəxslərlə
işləyən xoreoqraf dəvət olunaraq xüsusi plastik həllərdən istifadə edilib.
Antreprizanın diqqəti cəlb edən fərqli cəhəti tamaşada iştirak edən gənclərin
hərəkət məhdudiyyətli olmalarına baxmayaraq, bədii plastikadan bacarıqla istifadə edə
bilmələri olub. Onlar istedadlı ifa tərzləri, rəqsləri və s. ilə Nəsimi şeiriyyətinin ruhunu,
fəlsəfəsini, ümumən Nəsimi dühasını 55 dəqiqəlik tamaşa boyu auditoriyaya dolğun
şəkildə çatdıra biliblər.
Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiyası
və cəmiyyətə inteqrasiyası Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin
prioritetlərindən biridir. Bu istiqamətdə tədbirlər ildən-ilə geniş vüsət alır. Əlilliyi olan
şəxslərin, sağlamlıq imkanları məhdud gənclərin və uşaqların qayğı ilə əhatə
olunmasında, onlar üçün reabilitasiya imkanlarının genişləndirilməsində, sosial xidmət
müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin

yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın nəcib layihə və təşəbbüslərinin böyük rolu
var. Heydər Əliyev Fondu bu sahəyə, eyni zamanda, əlilliyi olan şəxslərin bacarıqlarının
cəmiyyətə tanıdılması işlərinə mühüm töhfələr verib.
Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əlilliyi olan
şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə
inteqrasiyasına dəstək göstərir. Leyla Əliyevanın fiziki məhdudiyyətli insanlara, sosial
müəssisələrin sakinlərinə xeyirxah, qayğıkeş münasibəti, habelə həmin müəssisələrə
tez-tez gedərək onlarla görüşməsi bunun bariz nümunəsidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin yaradıcılıq
potensiallarının dəstəklənməsi sahəsində layihələr həyata keçirir. Həmin məqsədlə
ümumrespublika səviyyəli sərgi-yarmarkalar, baxış müsabiqələrinin təşkili, xüsusi
bacarıqları ilə fərqlənən əlilliyi olan şəxslərin mükafatlandırılması tədbirləri ənənəvi
xarakter alıb. Nazirlik tərəfindən ilk dəfə olaraq sosial müəssisələrin istedadlı
sakinlərinin yaradıcılıq fəaliyyətini əhatə edən, 278 səhifəlik “Əlillik qüsur deyil” kitab-
albomu nəşr edilib. Kitab-albomdakı mətnlər Azərbaycan və ingilis dillərindədir.
Əlilliyi olan şəxslərdən ibarət ƏSA Teatrı Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin dəstəyi ilə öz yaradıcılıq imkanlarını və repertuarını xeyli genişləndirib. Bu
dəstək nəticəsində teatrın Moris Meterlinkin “Göy quş” pyesi əsasında hazırladığı
eyniadlı tamaşa ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Hazırlanan “Nəsimi”
antreprizası da bu sahədə uğurlu işlərin davamıdır və əlilliyi olan istedadlı şəxslərin
Nəsimi yaradıcılığına böyük maraq və məhəbbətini özündə ifadə edir.
Nazirlik ƏSA Teatrı ilə birgə gələcəkdə də bir sıra yeni uğurlu layihələr həyata
keçirməyi nəzərdə tutur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ