lombard
12:45
300

Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb

Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb
Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb
Gömrük təmsilçiləri yeniliklər barədə məlumatlandırılıb
Sentyabrın 28-də Bakı Baş Gömrük İdarəsində gömrük təmsilçiləri ilə görüş keçirilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması
Baş İdarəsinin rəisi Səməd Qaralov, Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi
Təmkin Xəlilov, Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini Faiq Seyidov, Bakı Baş Gömrük
İdarəsinin rəis müavini Ədalət Hüseynəliyev, Komitənin əməkdaşları və gömrük təmsilçiləri iştirak
edib. Görüşdə gömrük bəyannaməsinin doldurulması, gömrük təmsilçiliyi ilə bağlı yeniliklər,
gömrük təmsilçilərinin vəzifə və məsuliyyətləri barədə məsələlər müzakirə olunub.
Bildirilib ki, Prezident İlham Əliyevin gömrük sistemində apardığı islahatların nəticəsi olaraq
beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, sahibkarlıq mühitinin
daha da yaxşılaşdırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində
mühüm nailiyyətlər əldə olunub. İslahatlar çərçivəsində həm gömrük, həm də xarici ticarət
iştirakçıları üçün vacib amillərdən biri də ölkəmizdə gömrük təmsilçiliyi institunun beynəlxalq
standartlara uyğun şəkildə formalaşdırılması, gömrük təmsilçilərinin bilik və bacarıqlarının
artırılmasıdır. Bu məqsədlə Dövlət Gömrük Komitəsi tərəfindən mərhələli şəkildə imtahanların
təşkil olunduğu, imtahanlarda uğur qazanan mütəxəssislərin ixtisas attestatları ilə təmin edildiyi və
prosesin gələcəkdə də davam etdiriləcəyi diqqətə çatdırılıb.
Eyni zamanda, gömrük bəyannaməsinin doldurulması prosesində tətbiq edilən təkmilləşdirmələr
barədə məlumat verilərək bildirilib ki, yeniliklərə görə gömrük təmsilçilərinin məsuliyyəti daha da
artacaq və onlar gömrük orqanı qarşısında birbaşa cavabdehlik daşıyacaqlar. Xüsusilə gömrük
bəyannaməsinin 31-ci qrafasının doldurulması zamanı malların ətraflı və dəqiq təsvir edilməsinin
vacibliyi vurğulanıb.
O da qeyd edilib ki, DGK tərəfindən təqdim olunan elektron xidmətlərin keyfiyyətinin
yüksəldilməsi və vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə gömrük rəsmiləşdirilməsi
prosesində müasir informasiya texnologiyalarının tətbiqi daha da genişləndiriləcək. Yeni
təkmilləşdirmə nəticəsində rəsmiləşdirməni həyata keçirən şəxslər prosesin bütün mərhələlərini
onlara gələn sms və elektron mesajlar vasitəsilə izləyə biləcəklər.
İlkin mərhələdə Bakı Baş Gömrük İdarəsində tətbiq edilən bu yenilik hesabına artıq gömrük
təmsilçilərinin gömrük orqanına gəlmələrinə ehtiyac yoxdur. Belə ki, onlar rəsmiləşdirmə zamanı
bütün proseslərin izlənilməsini və idarə olunmasını özlərinə aid elektron kabinet vasitəsilə həyata
keçirə bilərlər.
Daha sonra gömrük təmsilçilərinin təklifləri dinlənilib və onları maraqlandıran suallara ətraflı cavab
verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ