lombard
12:49
447

Bakıda itkin düşən 8-ci sinif şagirdi tapıldı

Bakıda itkin düşən yeniyetmə tapılıb.

Bu barədə Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini Murad Əliyevin yaxınları bildiriblər. Qeyd edilib ki, yeniyetmə polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

XXX

10:45

Bakıda yeniyetmə itkin düşüb.

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini 2005-ci il təvəllüdlü Əliyev Murad Məhərrəm oğlu yoxa çıxıb.

Yaxınlarının verdiyi məlumata görə, yeniyetmə ötən gün saat 16 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onlar M. Əliyevin itkin düşməsi barədə polisə də məlumat verdiklərini bildiriblər.

Qeyd edək ki, Murad Əliyev 310 saylı orta məktəbin şagirdidir, o hazırda 8-ci sinifdə oxuyur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ