Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin
və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda
vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq oktyabrın 11-də Əmək və
Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tərtər rayonunda Tərtər və
Ağdam rayonlarının vətəndaşlarını fərdi qaydada qəbul edəcək.
Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri
Anar Kərimov Bərdə rayonunda, Mətin Kərimli isə Ağcabədidə Ağcabədi və
Laçın rayonlarının vətəndaşları ilə görüşəcəklər.
Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial
təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və
reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri
cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar
tədbirlər görüləcək.
Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu,
yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və
ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə
saxlayaraq oktyabrın 9-dək qəbula yazıla bilərlər.