lombard
17:56
356

Sabahdan Azərbaycanda minimum pensiya 200 manata çatdırılır Bu il ərzindəki artımlar 750 min pensiyaçını əhatə edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının
minumum məbləği sabahdan, oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılır.
Dövlət başçısının cari ildə təqdim etdiyi və əhalinin rifah halının yaxşılaşdırılması
istiqamətində inqilabi addımların atılmasını təmin edən sosial islahatlar paketində
pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, bu məqsədlə pensiya artımı xüsusi
yer tutur. Minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar
üzrə 80 manatdan) 160 manata çatdırılmışdı və həmin artım 233 min vətəndaşı əhatə
etmişdi.
Oktyabrın 1-dən isə pensiyanın minimum məbləğinin 200 manata çatdırılması
660 min nəfər pensiyaçını əhatə edəcək.
Bununla da dövlət başçısının sosial islahatlar paketinin tərkib hissəsi kimi,
ölkəmizdə əmək pensiyasının minimum məbləği bu il ərzində 72,4 faiz artırılmış olur.
Digər tərəfdən, yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləğinin pensiyaçılar
üçün yaşayış minimumunu (149 manat) 34,2 faizədək üstələməsi təmin edilir. Həmçinin
minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk
yeri tutmuş olur.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Qanunda əksini tapan digər tapşırığa uyğun olaraq, sığortaolunanların
fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müəyyən
olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilərək
artırılacaq. Bu da sığortaolunanların gələcəkdə yüksək pensiya məbləğləri ilə təminatı
üçün mühüm önəm kəsb edir.
Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamları ilə dövlət
qulluqçularının, hərbi qulluqçuların, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar,
miqrasiya orqanları əməkdaşlarının, xüsusi rütbəli şəxslərin və b. əməkhaqları cari il
sentyabrın 1-dən ciddi şəkildə artırılıb .Bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə
pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının orta hesabla 31 faiz artmasına
imkan verib.
Beləliklə, dövlət başçısı tərəfindən cari ildə təqdim edilən ikinci sosial paket
ümumilikdə 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artmasını təmin edib
ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha bir mühüm
addımdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ