lombard
11:19
338

DİQQƏT! Bakıda bu 2 prospektin kəsişməsində hərəkət dəyişdirildi

DİQQƏT! Bakıda bu 2 prospektin kəsişməsində hərəkət dəyişdirildi
DİQQƏT! Bakıda bu 2 prospektin kəsişməsində hərəkət dəyişdirildi
DİQQƏT! Bakıda bu 2 prospektin kəsişməsində hərəkət dəyişdirildi
Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində artıq daha bir önəmli layihənin icrası yekunlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, layihə çərçivəsində Z.Bünyadov və M.K.Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib. Belə ki, dəyişikliklik nəticəsində artıq Ziya Bünyadov prospekti kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya stadionu istiqamətində) M.K.Atatürk prospekti ilə kəsişmədə yeni təşkil edilmiş yolayrıcıları hesabına hərəkətlərini birbaşa davam etdirə biləcəklər. Yolayrıcında hərəkət svetoforlarla nizamlanır.

Dəyişikliyin üstün cəhətləri

bu prospektlərdə yaranan tıxac və sıxlıq hallarının aradan qalxmasına müsbət təsir edir;

piyada təhlükəsizliyi təmin edilir;

sərnişindaşımalarda keyfiyyətin daha da yüksəldilməsinə köməklik göstərir;

nəqliyyat vasitələrinin daha az məsafə qət etməsinə imkan yaradır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ