lombard
11:22
326

1 Oktyabr - Beynəlxalq Ahıllar günüdür.

Ahılların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas

istiqamətlərindən biridir

BMT Baş Məclisinin müvafiq Qətnaməsinə əsasən, hər il oktyabr ayının 1-i bütün
dünyada olduğu kimi, Azərbaycanda da Beynəlxalq Ahıllar günü kimi qeyd olunur.
"Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı
70-ə çatmış şəxslər ahıl hesab olunurlar və hazırda ölkəmizdə ahıl vətəndaşların sayı
400 minə yaxındır.
Ümummilli lideri Heydər Əliyev tərəfindən ahıl insanlara, onların sosial
müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilib. Bunun nəticəsi kimi, hələ 1993-cü
ildən ölkəmizdə də hər il Beynəlxalq Ahıllar günü yüksək səviyyədə qeyd olunmaqla, bu
kateqoriyadan olan vətəndaşların təminatlarının artırılması üçün ardıcıl işlər aparılıb.
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və daha da gücləndirilən
bu siyasət ahıl insanlarımızın etibarlı sosial müdafiəsinə yönələn tədbirlərin ildən-ilə
geniş miqyas almasına imkan verib. Dövlət başçısının imzaladığı müvafiq fərman və
sərəncamlar, “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət
Proqramı”, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət
Proqramı” və digər sənədlər nəticəsində ahıllara dövlət qayğısının artırılması sahəsində
mühüm addımlar atılıb.
Ahıl insanların sosial müdafiəsinin gücləndirilməsində pensiya təminatı xüsusi
rola malikdir. Hazırda ölkəmizdə əmək pensiyaçılarının mühüm bir hissəsini də ahıl
vətəndaşlar təşkil edir. 2006-cı ildə sığorta prinsiplərinə əsaslanan yeni “Əmək
pensiyaları haqqında” qanun qüvvəyə mindikdən ötən dövrdə ölkəmizdə əmək
pensiyasının minimim məbləği 8 dəfə artıb. Xüsusilə Prezident İlham Əliyevin 2019-cu
ildə təqdim etdiyi, sosial sahədə inqilabi irəliləyişləri təmin edən sosial islahatlar paketi
bu istiqamətdə növbəti mühüm addımların atılmasını təmin edib. Belə ki, cari ildə həyata
keçirilən iki sosial paketin nəticəsi kimi, ölkəmizdə minimum pensiya 2019-cu il martın 1-
dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata, oktyabrın 1-
dən isə 200 manata çatdırılıb. Beləliklə, Azərbaycanda əmək pensiyasının minimum
məbləği təkcə cari il ərzində 72,4 faiz artırılıb, həmçinin yeni məbləğlə ölkəmizdə
minimum pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2
faiz üstələyib, minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından
Azərbaycan MDB-də ilk yeri tutub.
Eyni zamanda, dövlət başçısının 18 iyun 2019-cu il tarixli Sərəncamları ilə dövlət
qulluqçularının, hərbi qulluqçuların, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar,
miqrasiya orqanları əməkdaşlarının, xüsusi rütbəli şəxslərin və b. əməkhaqları cari il
sentyabrın 1-dən ciddi şəkildə artırılıb. Bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə
pensiya təyin olunmuş pensiyaçıların da pensiyalarının orta hesabla 31 faiz artmasına
imkan verib. Bununla yanaşı, son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3
dəfədən çox artırılıb və cari ildə reallaşan sosial islahatlar yaşa görə müavinətlərin də iki
dəfəyə yaxın artmasını, 73 manatdan 78 faiz artaraq 130 manata çatdırılmasını təmin
edib.
Ahıl vətəndaşların bir qismi də İkinci Dünya müharibəsi iştirakçılarıdır. Hər il 9
May - Qələbə günü ərəfəsində dövlət başçısının müvafiq Sərəncamı imzalanmaqla,
İkinci Dünya müharibəsi iştirakçılarına və ya sonralar vəfat etmiş döyüşçülərin dul
arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş
şəxslərə birdəfəlik maddi yardımlar verilir. Eyni zamanda, Prezident İlham Əliyevin 15
aprel 2019-cu il tarixli Fərmanına əsasən cari il aprelin 1-dən müharibə əlilləri üçün
təqaüdlər I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230
manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb. Həmçinin I dərəcə əlilliyi

olanlara qulluq edənlər üçün 15 aprel 2019-cu il tarixli digər Fərmanla aylıq təqaüd (50
manat) təsis edilib. İkinci Dünya müharibəsinin iştirakçılarına Prezidentin aylıq təqaüdü
isə 150 manata çatdırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə digər müvafiq
kateqoriyalardan olan vətəndaşlarla bərabər İkinci Dünya müharibəsi ilə əlaqədar
səbəbindən əlillyi olanların da mənzil və minik avtomobili ilə təminatı həyata keçirilib.
Son illərdə nazirliyin digər bir çox sosial xidmət müəssisələrində olduğu kimi,
mühüm bir hissəsi ahıllardan ibarət 235 nəfərin yaşadığı Pensiya yaşına çatmış şəxslər
üçün sosial xidmət müəssisəsində də müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.
Müəssisə üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunaraq istifadəyə verilib.
Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən nəcib layihələr Pensiya yaşına
çatmış şəxslər üçün sosial xidmət müəssisəsini də əhatə edir. Bu layihələr çərçivəsində
pansionatdakı qocaların səhiyyə ocaqlarında müayinə edilməsi, onlar üçün konsertlərin,
bayram şənliklərinin keçirilməsi və s. tədbirlər təşkil edilir.
"Sosial xidmət haqqında" Qanuna əsasən, hazırda Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən 10 minədək tənha ahıl və əlil şəxs evlərində sosial-məişət
xidməti ilə təmin edilir. Onlardan 7700-ü ahıl şəxslərdir. Sosial-məişət xidməti kimi
onlara sosial işçilər tərəfindən ev təsərrüfatında təmizlik işlərinin aparılmasında, yemək
hazırlanmasında, zəruri ərzaq, sənaye və məişət mallarının, müvafiq hallarda tibbi və
psixoloji yardımın, hüquqi məsləhətlərin alınmasında və s. işlərdə köməklik göstərilir.
Qeyd olunanlarla yanaşı, Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan
uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə
tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı sosial xidmətlər sistemində yeni
bir istiqamət kimi, ahıllar üçün də günərzi xidmətlərin təşkilinə imkan verib. Sərəncamın
icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət
sifarişləri əsasında ilk mərhələdə 10 şəhər və rayonda (Bakının Binəqədi, Xəzər,
Sabunçu, Pirallahı rayonlarında, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində,
Abşeron, Lənkəran, Xaşmaz rayonlarında) ahıllar üçün günərzi xidmət mərkəzləri
yaradılıb. Həmin mərkəzlərdə tənha ahıllar yarımstasionar şəkildə, yəni günərzi
formasında sosial-məişət xidmətləri ilə təmin olunur, onların asudə vaxtlarının mənalı
təşkili və s. istiqamətlərdə işlər aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ