lombard
11:24
281

Həbsxanada yatan əri üçün saçında heroin keçirən qadın yaxalandı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 318.1; 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əliyev Loğman Ağalar oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı İmişli rayon sakini Əliyeva Nərminə Bəhmən qızı tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman saçına bağladığı qara rəngli parçanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə 1.875 qram narkotik maddə - heroin aşkar edilib.

Digər fakt üzrə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əsədov Ceyhun Nəriman oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Əsədzadə Əmiş Nəriman oğlu tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman cibində olan siqaret qutusunun içərisində gizlədilmiş 1 ədəd bükülüdə 0.389 qram narkotik maddə - marixuana aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ