lombard
11:33
242

Bu il 397 vəzifəli şəxs haqqında cinayət işi məhkəmə məsuliyyətinə verilib

Bu ilin 9 ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə, 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib.

Bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu prosesdə dövlətə dəymiş 18 milyon manat vəsait ödənilib. Hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ