lombard
15:00
361

Şahmatçılarımızın yeni reytinqi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) oktyabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Sentyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2767 xalla 7-ci pillədə qalıb.

Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 15-ci (2758), Qədir Hüseynov (2660) isə 86-cıdır. Arkadi Naydiç isə yenə "100-lük"dən kənarda qalıb.

Qadınlar arasında Günay Məmmədzadə 2427 xalla 38-ci, Gülnar Məmmədova 2369 xalla 97-ci, Xanım Balacayevə və Ülviyyə Fətəliyeva isə hərəyə 2368 xalla 98-99-cu pillələrdə qərarlaşıblar.
Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2876) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2812) ikinci, Liren Dinq (Çin, 2811) üçüncüdür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ