lombard
15:41
286

Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib

Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib
Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib
Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib
Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib
Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər
üçün sosial xidmət müəssisəsində 1 Oktyabr- Beynəlxalq Ahıllar gününə həsr edilmiş
tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi,
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Əmək və Əhalinin Sosial
Müdafiəsi naziri Sahil Babayev, AMEA-nın prezidenti Akif Əlizadə, millət vəkilləri, YAP
funksionerləri və b. iştirak edib.
Ə.Əhmədov ölkəmizin dinamik inkişafı şəraitində ölkəmizdə güclü sosial siyasətin
aparıldığını, həssas qruplardan olan vətəndaşlara diqqət və qayğının daim artırıldığını
vurğulayıb. O, Prezident İlham Əliyevin uğurlu sosial siyasətində ahıl vətəndaşların rifah
halının yaxşılaşdırılmasının da mühüm yer tutduğunu bildirib. Ə.Əhmədov bunun daha
bir təzahürü kimi, ahıllara dövlətin qayğısının artırılmasına yönələn işlərin ildən-ilə geniş
miqyas aldığını, eyni zamanda, dövlət himayəsində yaşayan tənha yaşlı və ahıl
insanların normal yaşayış şəraitinin, onların etibarlı sosial müdafiəsinin təmin
olunduğunu diqqətə çatdırıb.
S.Babayev Prezident İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, ahl
vətəndaşların pensiya təminatının gücləndirilməsi istiqamətində atılan mühüm addımları
diqqətə çatdırıb. O, dövlət başçısının islahatlar proqramının uğurlu nəticələrindən biri
kimi, bu ilin ötən dövründə ölkəmizdə pensiyanın minimum məbləğinin 72,4 faiz
artırılaraq 116 manatdan 200 manata çatdırıldığını, bununla da Azərbaycanda minimum
pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu 34,2 faiz üstələdiyini qeyd
edib.
Nazir sosial xidmət müəssisəsində yaşayan ahıl insanların dövlət qayğısı ilə
əhatə olunduqlarını, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində
müasir tələblərə uyğun yaşayış şəraiti yaradıldığını, müəssisə üçün 5 mərtəbəli 170
yerlik ikinci korpusun inşa olunaraq istifadəyə verildiyini bildirib.
S.Babayev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın əhalinin sosial cəhətdən həssas olan kateqoriyalarına, habelə tənha
ahıllara xüsusi qayğısından bəhs edib. Heydər Əliyev Fondunun sosial xidmət
müəssisələri, o cümlədən, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət
müəssisəsi ilə bağlı nəcib layihələrini, xeyirxah tədbirlərini, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın bu müəssisənin sakinlərinə qayğıkeş münasibətini,
buraya tez-tez gələrək buradakı yaşlı, ahıl insanlarla görüşdüyünü qeyd edib.
O həmçinin sosial xidmət sistemində yeni istiqamətlərdən biri kimi, Bakıda və
bölgələrdə ahıllar üçün günərzi mərkəzlərin yaradıldığını deyib.
A.Əlizadə ahıl insanlara hörmət və ehtiram göstərilməsinin milli-mənəvi
dəyərlərimizdən biri olduğunu vurğulayıb. O, ahıllarla bağlı dövlət siyasətinin də yaşlı,
ahıl insanlara hörmət, diqqət və qayğı göstərilməsi prinsipinə əsaslandığını bildirib.
237 nəfərin yaşadığı müəssisənin sakinləri ürək sözlərini ifadə edərək, onların
sosial təminatlarının gücləndirilməsi, müasir, rahat yaşayış şəraitinə malik olmaları üçün
aparılan işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ