lombard
10:15
423

BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi ilə görüş olub

BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi  məruzəçisi ilə görüş olub
BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi  məruzəçisi ilə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin İnsan Hüquqları
Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elverin başçılıq etdiyi
nümayəndə heyəti ilə görüş olub.
Görüşdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin
Kərimli Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu-sosial
iqtisadi siyasət barədə ətraflı məlumat verib. Nazir müavini bildirib ki, cari ildə həyata
keçirilən islahatlar çərçivəsində minimum əmək haqqı və maaşlar, müavinət və
təqaüdlər, minimum pensiya artırılıb. Əlavə olaraq vətəndaşların problemli kreditlərlə
bağlı çətinliyi aradan qaldırılıb. O, vurğulayıb ki, görülən bu işlər 4,2 milyon insanın
yaşayışına müsbət təsirini göstərib.
M.Kərimli vətəndaşların mıəşğulluğunun artırılması istiqamətində görülən
işlərdən danışıb. Özünüməşğulluq proqramı çərçivəsində görülən işlər barədə məlumat
verən nazir müavini əlavə edib ki, görülən tədbirlər nəticəsində vətəndaşların aktiv
məşğulluğunun təmin edilməsində mühüm nəticələr əldə olunub.
Nazir müavini DOST Agentliyi barədə də məlumat verərək əmək, məşğulluq,
sosial müdafiə sistemlərinin müasir iş prinsipləri üzərində təkmilləşdirilməsi, DOST
layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə təşkili, elektron
sistemlərin tətbiqinin genişləndirilməsi sahəsində aparılan islahatları vuğulayıb.
H.Evren təmsil etdiyi qurum tərəfindən Azərbaycanda sosial sahədə aparılan
islahatları diqqət və maraqla izlənildiyini, müvafiq sahələr üzrə əməkdaşlıq əlaqələrinin,
təcrübə və məlumat mübadilələrinin bundan sonra da genişləndirilməsinin vacibliyini
vurğulayıb.
Görüşdə müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi sahəsində
görüləcək işlər müzakirə olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ