lombard
10:30
334

Daha 112 şəhidin 191 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin
vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
Komissiyanın növbəti iclasında daha 112 şəhidin 191 vərəsəsinə birdəfəlik ödəmənin
verilməsinə dair qərar qəbul olunub.
Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına
köçürülməsi üçün müvafiq işlər aparılır. Ümumilikdə 12 268 şəhidin vərəsələrinin
birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək artıq 11 619 şəhidin 17
302 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul edilib. Qeyd edək ki,
şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 95 faiz icra olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ