lombard
10:33
364

Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə görüş olub

Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin  qiymətləndirmə missiyası ilə görüş olub
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin  qiymətləndirmə missiyası ilə görüş olub
Vətəndaşlar tərəfindən yüksək qiymətləndirilən özünüməşğulluq proqramının
genişləndirilməsi həm işsiz şəxslərin özünüməşğulluğa cəlb edilməsi ilə onların əmək
bazarına çıxmasına, həm də aktiv məşğulluq tədbirlərinin artırılmasına imkan
yaradacaq. Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi bu
istiqamətdə mühüm dəstək olacaq.
Bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının
“Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə
keçirilən görüşdə bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi
siyasətindən danışan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
ölkəmizdə əhalinin səmərəli məşğulluq imkanlarının artırılması üçün aparılan işləri
diqqətə çatdırıb. Vurğulayıb ki, dövlət başçısının tapşırığı ilə icra olunan
özünüməşğulluq proqramının əhatə dairəsi mütəmadi olaraq genişlənməkdə davam
edir. Proqramının əhatə dairəsi 2017-ci illə nisbətən 2018-ci ildə 6,5 dəfə genişləndirilib
və 7267 nəfər özünüməşğulluğa cəlb edilib. Bu ildə isə 10 000 ailənin proqrama cəlb
olunmasının nəzərdə tutulduğunu deyən nazir əsas məqsədin həssas qrupların dövlətin
dəstəyindən faydalanaraq məşğulluğunu təmin etmək və rifah halını yaxşılaşdırmaq
olduğunu qeyd edib.
Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığından bəhs edən nazir “Azərbaycanda
Məşğulluğa Dəstək” Layihəsi çərçivəsində artıq bir neçə görüşün keçirildiyini və
layihənin detallarının müzakirə edildiyini bildirib. S.Babayev bildirib ki, layihənin
əhəmiyyəti özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində, müvafiq
sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsində, Nazirliyin nəzdindəki peşə təlim
mərkəzlərinin potensialının gücləndirilməsində və digər istiqamətlərdə özünü
göstərəcək.
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin
qiymətləndirmə missiyasının rəhbəri, aparıcı iqtisadçı Sandor Karaçoni layihə barədə
məlumat verib və artıq icrası üçün hazırlıq işlərinə başladıqlarını bildirib.
Layihə beynəlxalq təcrübənin öyrənilməsi, əmək bazarının təhlili əsasında
iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə
köməklik göstərilməsi, məşğulluq orqanlarında işsiz kimi qeydiyyatda olan şəxslərin
özünüməşğulluq proqramında iştirak imkanlarının müəyyənləşdirilməsi, proqramda
iştirak imkanları müəyyənləşdirilmiş şəxslər üçün təlim proqramlarının hazırlanması,
təlimçilərin əmək haqlarının ödənilməsi, Nazirliyin nəzdində fəaliyyət göstərən peşə
təlim mərkəzlərinin potensialının gücləndirilməsi, müdafiə prosesinin təşkili və ən yaxşı
biznes ideyalarına malik şəxslərin seçilməsi, seçilmiş özünüməşğulluq istiqamətinin
təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın alınması,
özünüməşğulluq iştirakçılarının fəaliyyətinin dövri monitorinqi və s. istiqamətlərdə öz
dəstəyini göstərəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ