lombard
10:53
382

Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib

Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib
Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər
üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.
İclasda əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması məqsədilə peşə
təhsili sisteminin təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı üzrə
təhsil proqramlarının keyfiyyətinin və çevikliyinin artırılması, peşə təhsili üzrə ixtisas
təsnifatının mütəmadi olaraq yenilənməsi, iş yerində təhsilin davam etdirilməsi məqsədilə
fasiləsiz peşə təhsili sisteminin yaradılması, dövlət qurumlarında treyninqlərin keçirilməsinə
özəl şirkətlərin cəlb olunması istiqamətində aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin
görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi məqsədi ilə
müzakirələr aparılıb.
İclas zamanı işçi qrupun üzvlərinə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə
Komissiyanın internet portalı (“azranking.az”) və “Rəqəmsal Təqvim” elektron sistemi barədə
məlumatlar təqdim olunub.
İclasda həmçinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək
bazarı İşçi qrupunun yeni üzvləri ilə tanışlıq olub, işçi qrupu tərəfindən müvafiq təkliflər verilib
və gələcək işlər müzakirə edilib. İşçi qrupunun 2019-cu il üçün fəaliyyət planının 1-ci rüb üzrə
hesabatın müzakirəsi keçirilib.
İşçi qrupunun fəaliyyət planı ilə bağlı cari məsələlərin, eləcə də növbəti iclasın
gündəliyinə daxil edilməsi üçün təkliflər dinlənilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ