lombard
11:19
440

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Lənkəran rayonunda vətəndaşlarla görüşüb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Lənkəran rayonunda vətəndaşlarla görüşüb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Lənkəran rayonunda vətəndaşlarla görüşüb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Lənkəran rayonunda vətəndaşlarla görüşüb.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə oktyabrın 4-də Lənkəran şəhərində
Lənkəran və Astara rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd
Əhmədzadə və Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli
lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu
Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Yuxarı Xanbulançay Hidroqovşaqların İstismarı İdarəsinin inzibati binasında keçirilən
qəbulda Lənkəran və Astara rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə
baxılıb. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian
quyularının qazılması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma
kanallarının beton üzlüyə alınması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan
müxtəlif məsələləri əhatə edib.
Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
ASC-nin sədri Əhməd Əhmədzadə şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri
tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına
ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında
şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, eyni gündə Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Cəlilabad
rayonunda, Rafiq Aslanov isə Masallı rayonunda vətəndaşları fərdi qaydada qəbul edib,
onların müraciət və şikayətlərinə baxılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ