lombard
11:39
542

“Ünvanlı dövlət sosial yardımı” - aztəminatlı ailələrə dövlət qayğısının nümunəsi kimi

Sosial ödənişlərin ünvanlı və aztəminatlı ailələr üçün daha təsirli şəkildə
yönəldilməsi məsələsi dövlətin əsas hədəflərindəndir. “Ünvanlı dövlət sosial yardımı
haqqında” Qanun qəbul edilərək, 2006-cı ilin 1 yanvarından etibarən aztəminatlı ailələrə,
yəni orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac
meyarının məcmusundan aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımının (ÜDSY)
təyinatına başlanıb.
Hazırda 70 mindən çox aztəminatlı ailə ünvanlı dövlət sosial yardımı ilə əhatə
olunub. Həmin ailə üzvlərinin sayı 300 min nəfərə çatır. Bir ailəyə orta aylıq məbləğ 240
manata yaxındır. Müqayisə üçün deyək ki, bir ailəyə orta aylıq məbləğ 2018-ci ildə 174,6
manat olub. Əlavə olaraq bildirək ki, bu yardımı alan ailələrdə olan 1 yaşa qədər uşağa
görə isə əlavə 55 manat aylıq müavinət verilir.
Qeyd edək ki, ÜDSY üçün müraciət elektron formada aparılır. Vətəndaşlar təmsil
etdikləri ailənin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün internet
əlaqəsi olan istənilən yerdən müraciət etmək imkanına malikdirlər. Vətəndaşların e-
sistemə daxil etdikləri məlumatların təhlili, qərar qəbul edilməsi prosesi sistem tərəfindən
avtomatik olaraq yerinə yetirilir. Bu məhz sosial yardım sistemində şəffaflığın, ünvanlılığın
və operativliyin təmin olunmasının göstəricisidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ