lombard
14:22
514

Bərdə rayonu haqqında

Bərdə rayonu haqqında
Bərdə rayonu haqqında
Bərdə rayonu haqqında
Bərdə rayonu haqqında

Bərdə rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir. Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir. Şəhər bəzi mənbələrdə "Aranın baş şəhəri", "Aranın anası" adlanıb.
1 yanvar 2011-ci il tarixinə rayon əhalisi 143.9 min nəfərdir.
Heyvanları canavar, çaqqal, adi tülkü, qaban, boz dovşan, meşə pişiyi, qamışlıq pişiyi, porsuq, meşə dələsi, süleysin və s., quşlardan turac, qırqovul, harayçı ququşu, fitçi cürə, qırmızı ördək, meşə cüllütü, ala-baxta, kiçik və böyük qarabattaq və s.
Rayonda təsərrüfatın əsasını əkinçilik və maldarlıq təşkil edir. Əsas təsərrüfat sahəsi taxılçılıq və pambıqçılıqdır. Bostan və tərəvəz məhsulları istehsalı son illər xeyli artmışdır. Bərdə rayonu yerli əhalisini, burada məskunlaşmış qaçqınlar və məcburi köçkünləri çörəklə təmin edə bilir. Bərdə bazarından ölkənin iri şəhərlərinə müntəzəm olaraq heyvandarlıq məhsulları daşınır. Bərdədə aqrar islahatlar uğurla başa çatdırılmışdır. 43362 hektar torpaq sahəsi 24324 ailənin xüsusi mülkiyyətinə verilmişdir. Kənd təsərrüfatı bütünlükdə özəl sektorun əlindədir. Torpağın sahibinə verilməsi özünün müsbət nəticəsini dərhal göstərmişdir. Rayonda 300-dən çox kəndli-fermer təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatlar ildən-ilə daha da mükəmməlləşir və istehsal göstəricilərini artırırlar.

Bərdənin kənd təsərrüfatı işçiləri elmi-texniki yenilikləri uğurla mənimsəyir və istehsalatda tətbiq edirlər. Burada adi əkinçinin, sıravi maldarın da məşğulluq biliyi, demək olar, mütəxəssis səviyyəsindədir. Təsadüfi deyildir ki, Bərdə maldarlarının ətçilik istiqamətində apardıqları iş respublika səviyyəsində öyrənilib yayılmışdır.
Rayonda "Bərdə" və "Xan Çinar" qəzetləri nəşr olunur. "Bərdə" qəzetinin ilk nömrəsi 1932-ci ildə "Qızıl Bərdə" adı ilə çıxmışdır. Sonralar "Bərdə pambıqçısı", "Stalin yolu", "Kommunizm yolu" və s. adlarla nəşr edilmişdir. Hal-hazırda "Bərdə" qəzeti rayon İcra Hakimiyyəti aparatının və jurnalist kollektivinin təsisçiliyi ilə çıxır. "Xan-Çinar" özəl qəzetdir və bir neçə ildir ki, nəşr olunur. Rayonda 1964-cü ildən yerli radio verilişləri redaksiyası fəaliyyət göstərir. Burada gündəlik aktual məlumatlar və yerli informasiyalar səsləndirilir.
Rayonun İcra Hakimiyyətinin başçısı İsayev Vidadi İsa oğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 3 Mart 2011-ci il sərəncamı ilə bu rayona Başçı təyin olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ