lombard
21:38
1 696

Ramin Məmmədov: Vətəndaşlar davranışları ilə dövlətin çoxistiqamətli fəaliyyətinə dəstək verməlidir

Ramin Məmmədov: Vətəndaşlar davranışları ilə dövlətin çoxistiqamətli fəaliyyətinə dəstək verməlidir
Bu gündən ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudlaşdırılıb. Bu fakt bir daha təhlükənin real, hökumətin narahatlığının da kifayət qədər ciddi olduğunu göstərir. Vətəndaşlar da indi öz davranışları ilə dövlətin çoxistiqamətli fəaliyyətinə dəstək verməlidir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov bildirib.

O, qeyd edib ki, indiki mərhələdə vətəndaşlardan maksimum məsuliyyətli olmaq tələb olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələbləri, təlimat və qərarları yerinə yetirilməlidir:

"İndi doğrudan da, elə bir məqamdır ki, bir və ya bir neçə nəfərin məsuliyyətsiz davranışı, etinasızlığı bütövlükdə ölkənin, cəmiyyətin taleyinə təsir göstərə bilər. Bütün xalqların həyatında belə mürəkkəb situasiyalar olur. Ona görə də hər kəs həmişə olduğundan daha diqqətli və məsuliyyətli olmalıdır. Bu, bizim bəlkə də yeganə çıxış yolumuzdur".

R.Məmmədov bildirib ki, bütün əlaqədar dövlət qurumları koronavirus pandemiyasının yaratdığı çətinliklərin aradan qaldırılması üçün səfərbər olunub:

"Dövlət öz üzərinə düşən vəzifələri maksimum diqqət və məsuliyyətlə icra edir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ