lombard
18:23
39

Dollarla “şou göstərən” cüdoçu Elmar Qasımov yığmaya qaytarıldı

Dollarla “şou göstərən” cüdoçu Elmar Qasımov yığmaya qaytarıldı
Cüdo üzrə Olimpiya, dünya və Avropa mükafatçısı Elmar Qasımov yığmaya qaytarılıb.

İnkişaf.tv oxu.az-a istinadən xəbər verir ki, Mövlud Mirəliyevin çalışdırıcısı olduğu yeni məşqçilər heyəti ona yığmada yenə şans vermək qərarına gəlib.

Hazırda Elmar Qasımov əsas komanda ilə birgə məşqlərdə iştirak edir.

Qeyd edək ki, idmançı daha çox sosial şəbəkələrdə paylaşımları ilə diqqəti özünə çəkmişdi. O, videolarında dolları eyvandan küçəyə səpələdiyini, dollarla özünü yellədiyini və ya bahalı kürü yediyini göstərirdi.

Azərbaycan Cüdo Federasiyası isə həm bu hərəkətlərinə, həm də zəif nəticələrinə görə onu iyunda yığmadan uzaqlaşdırmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ