lombard
07:54
167

Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı

Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib.

DİM-dən İnkişaf.tv-yə verilən məlumata görə, jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.
Bu nömrədə həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elanı və digər zəruri materiallar təqdim olunub.

Qeyd edək ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ