lombard
08:00
23

UNEC-in professoru Zahid Məmmədov vəfat edib

UNEC-in professoru Zahid Məmmədov vəfat edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Humanitar fənlər kafedrasının məsləhətçi professoru, əməkdar müəllim Zahid İsmayıl oğlu Məmmədov vəafat edib.

Universitetdən İnkişaf.tv-yə verilən məlumata görə, o, avqustun 16-da 90 yaşında vəfat edib.

Qeyd edək ki, Zahid Məmmədov 31 oktyabr 1931-ci ildə Füzuli rayonunun Cuvarlı kəndində anadan olub. 1948-1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsində təhsil alıb. 1952-1957-ci ilərdə Azərbaycan Dövlət Nəşriyyatında siyasi və sosial-iqtisadi ədəbiyyat şöbəsində redaktor vəzifəsində işləyib.

1957-1960-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə bölməsinin aspirantı olub və 1961-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alaraq 1963-cü ilədək Azərbaycan SSR EA Fəlsəfə bölməsində kiçik elmi işçi vəzifəsində işləyib. 1975-ci ildə doktorluq dissertasiya müdafiə edərək 1978-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi, 1979-cu ildə isə professor elmi adı alıb.

1963-1964-cü illərdə Azərbaycan Politexnik İnstitutu Fəlsəfə və Elmi Kommunizm kafedrasında baş müəllim,1964-1966-cı illərdə isə dosent vəzifəsində işləyib. 1966-1970-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Fəlsəfə və Elmi Kommunizm” kafedrasında dosent vəzifəsində, 1970-1981-ci illərdə “Elmi Kommunizm” kafedrasının müdiri, 1988-1991-ci illərdə N.A.Voznosenski adına LMİİ-nin Bakı filialının Elmi Kommunizm kafedrasının müdiri, 1991-1993-cü illərdə ADİİ-nin “Politologiya” kafedrasının müdiri, 2000-2009-cu ildən İqtisad Universitetinin “Politologiya və sosiologiya” kafedrasının müdiri, 2009-2010-cu illərdə “Fəlsəfə və politologiya” kafedrasının müdiri, 2010-2016-cı illərdə “Politologiya” kafedrasının müdiri vəzifələrində işləyib. 2017-ci ilin mayına kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsində çalışıb.

Z.Məmmədov “Politologiya və sosiologiya” fənlərinə dair dərslik, dərs vəsaiti, metodiki vəsaitlərin və proqramların, çoxlu sayda elmi məqalələrin, 6 monoqrafiyanın müəllifi idi. 1991-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. 2006-cı ildə Azərbaycan Respubilkasının Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilib. 2006-cı ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ