lombard
08:03
27

“Bu raketləri ilk dəfə Qarabağda sınaqdan keçirdik”

“Bu raketləri ilk dəfə Qarabağda sınaqdan keçirdik”

Türkiyənin aparıcı hərbi sənaye şirkəti olan “Roketsan” lazerlə hədəfə yönləndirilən TRLG-230 raketinin ilk dəfə ötən ilin payızında Qarabağdakı müharibə zamanı sınaqdan keçirildiyini açıqlayıb.

İnkişaf.tv Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə İstanbulda sabah işə başlayacaq IDEF-2021 hərbi sənaye sərgisi ərəfəsində keçirdiyi brifinqdə “Roketsan” şirkətinin direktoru Murat İkinci bildirib.

O, deyib ki, IDEF-2021 sərgisində “Roketsan” şirkəti 9 məhsulunu ilk dəfə nümayiş etdirəcək. “Türkiyə hərbi sənayesinin meydan oxuyacağı bu sərgidə “Roketsan” da öz silah sistemləri ilə diqqət mərkəzində olacaq”,-İkinci deyib.

“Roketsan”ın 230 mm-lik TRLG-230 raketi 20-70 kilometr mənzillidir və lazer tuşlama sisteminə malik olduqdan sonra onları hədəfə pilotsuz təyyarələr vasitəsilə yönləndirmək mümkündür. Belə ki, müharibə zamanı Azərbaycana ixrac edilən TRLG-230 raketləri “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin təsbit etdiyi və lazerlə işarələdiyi hədəflərə dəqiq zərbə endirməyə imkan verib.

Xatırladaq ki, TRLG-230 raketlərinin Qarabağ müharibəsində tətbiqi ilk dəfə Azərbaycan Müdafiə Nazirliyinin həmin günlərdə yaydığı videogörüntülərlə ortaya çıxmışdı. Kadrlardan görünürdü ki, TRLG-230 raketləri reaktiv yaylım atəşi sistemindən buraxıldıqdan sonra eyni vaxtda müxtəlif hədəflərə dəqiq zərbələr endirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ