lombard
08:38
29

"Nizami Gəncəvi" müsabiqəsinin qalibləri müəyyənləşib

"Nizami Gəncəvi" müsabiqəsinin qalibləri müəyyənləşib

Mədəniyyət Nazirliyinin elan etdiyi "Muzey eksponatının hekayəsini sən danış: Nizami Gəncəvi" hekayə müsabiqəsinin qalibləri müəyyənləşib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat verib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 yanvar tarixli sərəncamına əsasən, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı keçirilən müsabiqənin qalibi “Şəhid ilə Xarıbülbülün məhəbbəti” hekayəsinin müəllifi Nərgiz Həşimova seçilib.

Eyni zamanda “Bəhram şah yeddi gözəlin portretinə baxır” hekayəsinin müəllifi Aişə Səfərova ikinci və “Nakam sevginin xatirəsi” hekayəsinin müəllifi Ömər Məmmədzadə üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqə qaliblərinə mükafatların cari ilin sentyabr ayında təqdim edilməsi planlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ