lombard
10:29
34

Hamı qorxu içində, insanlar qaçır

Hamı qorxu içində, insanlar qaçır

Bu gün günorta saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhəri tam Talibana təslim oldu. Şəhərin kənarındakı Qarabağ, Çarikar və Kalakan qəsəbələri də Taliban tərəfindən zəbt edildi.

Əfqanıstan ordusu pərəm-pərəm düşüb, ordunun bəzi hissələri Özbəkistana və Tacikistana qaçıb. Özbəkistan hakimiyyəti bəzi ordu bölmələrini qəbul etməyə məcbur olub. Hazırda onların sağlamlığı və qida təmini ilə məşğuldur.

Talibanın Əfqanıstanı bütünlüklə zəbt etməsi və hakimiyyəti ələ almasından sonra ən çox narahatlıq keçirən isə vaxtı ilə orduda və hökumətdə xidmət etmiş məmurlardır. Buna səbəb isə onların hakimiyyətlə iş birliyində olması və buna görə cəza almaqdan qorxmalarıdır. Hazırda dünəndən başlayaraq Kabilin çıxışında nəhəng, heç vaxt görünməmiş tıxaclar yaranıb. On minlərlə insan paytaxtı tərk etməyə hazırlaşır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ