lombard
15:23
343

Qazi Elçin ona verilən evi digər müharibə iştirakçısına bağışlayıb

Qazi Elçin ona verilən evi digər müharibə iştirakçısına bağışlayıb

Qəbələ rayonunda yaşayan Vətən müharibəsi qazisi Elçin Səmədovun ona verilən mənzili döyüş yoldaşına bağışlaması ilə bağlı xəbərlər yayılıb. Qazinin bu hərəkəti təqdir edilsə də, ehtiyacı olduğu evi başqasına bağışlaması birmənalı qarşılanmayıb. 
Xatırladaq ki, müharibədə çoxsaylı qəlpə yarası almış E. Səmədov anası və iki qardaşı ilə birgə ağır məişət şəraiti olan vaqonda yaşaması ilə gündəmə gəlmişdi. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qaziyə ev tikmək məsələsini öhdəliyinə götürmüşdü. Ötən ilin dekabrında ailəyə üçotaqlı mənzil təqdim edilmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ