lombard
17:55
35

Tik-tokda qeyri-etik ifadələr işlədən qadın üzr istəyib

Tik-tokda qeyri-etik ifadələr işlədən qadın üzr istəyib

Tiktok sosial şəbəkəsində qeyri-etik ifadələr işlədən qadının şəxsiyyəti məlum olub.

Onun Bakının Nəsimi rayonunda kirayə yaşayan, 1988-ci il təvəllüdlü Anarə Natiq qızı Valehova olduğu müəyyənləşib.

Həmin şəxs polis orqanına dəvət olunub və onunla aparılan sorğu zamanı A.Valehova qeyri-etik ifadələr səsləndirdiyinə görə peşman olduğunu bildirərək üzr istəyib.

Bakı Şəhər Baş Polis İdarəsində A.Valehova barəsində araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ