lombard
07:53
164

Baş Prokurorluq və DİN Bakıda özünü partladaraq öldürən şəxslə bağlı birgə məlumat yayıb

Baş Prokurorluq və DİN Bakıda özünü partladaraq öldürən şəxslə bağlı birgə məlumat yayıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bu gün Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində özünü partladaraq öldürən şəxslə bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotiklərlə əlaqəli və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman üzərində olan qumbara partlayıb, nəticədə M.Ələsgərov ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ