Döyüşçü atası Azərbaycan respublikasının prezidentinə, Təhsil nazirinə, Ağsu rayon icra hakimiyyətinə, Ağsu rayon polis şöbəsinə və
Ağsu rayon prokrorluğuna ərizə yazıb, kömək istədi.
O ərizəni sizə təqdim edirik.
Ağsu rayon Təklə kənd sakini, döyüşçü atası Sabirov Cahangir
Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevə.
Azərbaycan respublikasının Təhsil naziri cənab Emin Əmrullayevə.
Ağsu rayon icra hakimiyyətinin başçısı cənab Rövşən Bağırova.
3 saylı İsmayıllı Ərazi Hesablama Mərkəzinin rəisi cənab Elxan Cavadova.
Ağsu rayon polis şöbəsinə.
Ağsu rayon prokrorluğuna.
Ağsu rayon Təklə kənd sakini, döyüşçü atası Sabirov Cahangir Hacqulu olu tərəfindən
Ərizə
Yazıb sizə bildirirəm ki, bir neçə ildir Şəhid Qadir Kərimov adına Təklə kənd tam orta məktəbinə direktor təyin edilən Mehman Əliyarov məktəbi çox pis vəziyyətə salmışdır. Belə ki, M. Əliyarovun özbaşnalığı, səriştəsizliyi və öz şəxsi mənafei üçün çalışması nəticəsində, dərs bölgüsündə müəllimlər arasında və kənddə narazılıq, qarşıdurma və düşmənçilik yaradıb. Vaxtilə fəaliyyət göstərib, sonra bağlanan saxta Gəncə Elektrik Avadanlıqları Təmiri kollecinin Ağsu rayon flialını bitirənlərə nəinki ibtidai sinif, hətta yuxarı siniflərdən də dərs saatı verir-satır.
30 il riyaziyyat fənnini "tədris edən müəllim" bir riyaziyyatçı yetişdirməyibsə, bu bizim ən dəhşətli faciəmizdir.
Eləcə də rus, ingilis dili, fizika və s.. fənnləri də belə "tədris edənlər" günah, haram içində inləyən nankorlar, xəyanətkarlardı.
İnsan taleyi ilə belə oynayıb, alver etmək isə, qatı
cinayətdir !
M. Əlyarov Şəhid ailəsi və ıı Qarabağ müharibəsi iştirakçılarını və ailələrini də işlə təmin etmir. Ona qədər texniki işçi və bir çox müəllimlərin ailəsindən nə hərbi xidmətdə olan var, nə də vətən müharibəsi iştirakçısı. Vətənə heç bir xidməti olmayan bir ailədən 2-3 nəfər həmin məktəbdə çalışır, digərləri isə başqa yerlərdə də işləyirlər. Əsl vətənini, dövlətini sevən kasıb ailələr isə, iş tapmır, yardım, pensiya almır, çox çətinliklə yaşayırlar.
Çoxsaylı müraciətlərimiz nəzərə alınaraq, dövlətimiz tərəfindən bu yaxınlarda kəndimizdə modul tipli məktəb inşa edilib. M. Əliyarov hər gün məktəbdə görünsə də, heç nəyə nəzarət etməyib. Divarın arasına qoyulan stiklavat çox zəif işlənib, artığı qaytarılıb harasa aparılıb, bir çox işləri beləcə başdan ediblər. Məktəbin qarşısında çox kiçik plaşatka düzəlib, yarım maşın asvalt müəmmalı şəkildə yoxa çıxıb, darvazanın girişinə isə 2-3 kv m. qıymayıblar. Tikintidə işlədilən bir çox diləklər məktəbə qalmalı olsa da, M. Əliyarovun dediyinə görə çoxu oğurlanıb, su şlankını da kəsib aparırlar, qalanını da özü oğurlayıb evinə aparıb. İki gün öncə isə, onun tapşırığına görə gözətçi Şirsoltan Nəbiyev həmin su şlankını (ayaq-addım ölçüsü ilə) 65 metr) hamının gözü qrşısında öz evinə aparmışdı.
M. Əliyarov məktəbin dəmir darvazasını 1-2 nəfərlə gizli sövdələşib, Şəhidin oğluna nəyinsə müqabilində vermək istəyir, özünün də darvazası olmadığını dilə gətirir və üstüörtülü qiymət qaldırıb, yenə münaqişə yaradır. Hansı ki, onu satıb, puluna Şəhidin xatirəsinə girişdə bulaq, böyük lövhə və s. düzəltmək olar.
28. 07. 2021-ci il tarixdə məktəbdən 2 top setka da oğurlanıb, köhnə məktəbin arxa pəncərəsi sökülüb yerə qoyulub. Bunları gözətçi Ş. Nəbiyev deyir.
Kənddə su artezianı işləsə də, kanaldan su gəlsə də, Şəhid M. Əliyarov məktəbdə on illərlə, min bir əziyyətlə yetişdirilən ağacları sanki qəsdlə suvartdırmır, yanıb quruyub məhv olur.
5-6 gün öncə isə, xırda ağacları, kolu-kosu işçilərə təmizlətmək əvəzinə od vurub yandırtdırıb, bir neçə 10-15 yaşlı böyük ağaclar da məhv olub.
Məktəbdə kimin ağlına nə gəlsə onu edir, kimin əlinə nə keçsə oğurlayıb aparır.
Pirarabın son hesablaması və M. Əliyarova bildirdiyinə görə iş zamanı 6 ədəd dəmir turba, 7 ədəd dəmir uqolnik oğurlanıb.
M. Əliyarov özü də bir neçə hazır dəmir raşotqa, dəmir turba, uqolnik və armaturun oğurlanmasını deyir.
Sözü gedən məktəbin bağban və digər gözətçi vəzifələrini isə yaşlı pensiyaçı qadınlar icra edirlər.
Bu hansı adət-ənənəyə, qayda-qanuna uyğundur ?
Köhnə və ya təzə mal-materialları, diləkləri qapısı kilidlə bağlanan otaqlara, anbara yğıb, qoruyub saxlamaq
olmazmı ?
Görəsən bu qədər özbaşınalıq, azğlnlıq M. Əliyarovda haradandır ?
O, kimlərə və kimlər ona arxayındır ?
Bir sözlə Şəhid adını daşıyan Təklə kənd tam orta məktəbi Allahın ümidinə qalıb.
Əsl faciə isə budur ki, Şəhidin qardaşı Əmrulla Kərimov da bütün bu kimi özbaşnalıqları, təhqiranə hərələtləri görməzdən keçir.
Nəzərinizə çatdırıram ki, Şəhidə qarşı təhqir, hörmətsizlik olunduğu üçün, Dövlətimizin və xalqımızın parlaq gələcəyi naminə mən tək mübarizə apararaq, müəllim kollektivinin 2011-ci ildə həmin məktəbin müəllimlər otağında və siniflərdə spirtli içki içmələrinin qarşısını aldım. 2012-ci ildə isə, üstündə Şəhid şəkili olan məktəb darvazasının 2 metirliyində biyabırçı şəkildə maqazin, kafe kimi fəaliyyət göstərən tikilini məhkəmənin qərarına əsasən, öz əlləri ilə sökdürdüm. Şagirdlərimiz o qədər savadsız idilər ki, orta məktəbi qurtarıb fəhlə işləyirdilər, zəhmət haqqlarını belə hesablaya bilmirdilər. Şükür Allaha ki, zəhmətim bəhrə verdi, son 7-8 il ərzində 20-yə yaxın məzunlarımız ali məktəblərə- Universtitet, Akadrmiya və kolleclərə qəbul olunub, bitirənlər də var.
Odur ki, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq Allahımız, dövlətçiliyimiz və Şəhidimizin ruhu xatirinə məktəbin qorunub saxlanması və gələcək inkişafına yardımçı olmağınızı, Mehman Əliyarov və digərləri haqqında ciddi ölçü götürülüb, vəzifələrindən azad olunmasını, yerlərinə vicdanlı, vətənsevər insanları- Şəhid, döyüşçü ailələrinin, döyüşçülərin götürülməsinə kömək etməyinizi sizdən xahiş edirəm.
İmza :
"Döyüşçü PRESS" qəzetinin təsisçisi və rəhbəri, Qızl Qələm" mükafatı laureatı, Qızıl Aypara" cəmiyyətinin və digər onlarla İB-lik və Cəmiyyətlərin "Fəxri Fərman" və Fəxri "Diplom"-larının mükafatçısı.
İki şerlər və bir Ağsu tarixi Bələdçi kitabının müəllifi Cahangir Sabirov (Ağsulu)



