lombard
08:25
597

Şəhid ailələri və döyüşçülər iş üçün müraciət etdilər

Şəhid ailələri və döyüşçülər iş üçün müraciət etdilər

Şəhid ailələri və döyüşçülər, Azərbaycan Respublikasının prezidenti, Ali baş komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Əmək bə Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə, Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevə, Ağsu rayon icra hakimiyyətinin başçısı cənab Rövşən Bağırova iş üçün, ərizə yazıb, müracıət etdilər.

O ərizəni sizə təqdim edirik.

Azərbaycan Respublikasının prezidenti, Ali baş komandan cənab İlham Əliyevə.
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya.
Azərbaycan Respublikasının Əmək bə Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə.
Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayevə.
Ağsu rayon icra hakimiyyətinin başçısı cənab Rövşən Bağırova.

Ağsu rayon Təklə kəndinin Şəhid ailəsi və vətən müharibəsi döyüşçüləri tərəfindən

ƏRİZƏ

Yazıb sizə bildiririk ki, illər öncə vətən borcunu yerinə yetirmək üçün, cəbhə bölgəsində hərbi xodmətdə olmuşuq. 21. 09. 2020-ci ildə əvəzsiz prezidentimiz, Ali baş komandan cənab İlham Əliyevin Qismən səgərbərlik haqqında sərəncamına əsasən torpaqlarımızın müdafiəsinə yollanıb, döyüşlərdə iştirak etmişik.
Dövlət Məşğulluq Agentliyinin 8 saylı Məşğulluq Mərkəzində qeydiyyatda olsaq da, on ilə yaxındır bizə iş vermirlər. Əksəriyyətimiz imkansız, kasıb olmağımıza baxmayaraq, "Koronovirus (covid-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli qərarına uyğun olaraq190 manat birdəfəlik ödəmə ilə də təmin olunmadıq.
Dövlət Məşğulluq Agentliyinin xətti ilə yerli icra nümayəndəliyinə ayrılan ştatlar (dostkart) da bizlərə deyil, Vətən müharibəsində iştirak etməyən və qanuni hərbi xidmətdən belə yayınanlara verilir.
Onu da nəzərinizə çatdırırıq ki, Şəhid Qadir Kərimov adına Təklə kənd tam orta məktəbinin ona qədər texniki işçi ştatlarını da 30 ildir hər cür imkanı olanlar, çoxuşaqlı kimi dövlətdən pensiya alanıar zəbt ediblər. Hətta həmin məktəbdə bir ailədən 2-3 nəfər işləyənlər də var. Ən dəhşətlisi odur ki, sözü gedən Şəhid adına olan məktəbdə Şəhidin həyat yoldaşını, iki işsiz oğlinu belə iş ilə təmin etmirlər.
Sizcə cənab prezidentimizin qərar və göstərişlərinə zidd hərəkətlərlə ayrıseçkilik, qarşədurma yaradıb vətənpərvər insanları dövlətdən narazı salanlar kimlərdir və kimə xidmət edirlər ?
Bu qədər özbaşnalıq, xəyanətkarlıq olar ?
Odir ki, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, bizim və ailə üzvlərimizin hüquqlarının qorunmasını və qeyd olunan yerlərdə iş ilə təmin edilməyimizi nəzərə almağınızı sizdən xahiş edirik.

İmzalar :
1. Kərimov Ticarət (şəhid oğlu)
2. Kərimova Tərgül (şəhid yoldaşı)
3. Alışlı Taleh (döyüşçü)
4. Sabirli İbrahim (döyüşçü)
5. Qədirov Valeh (döyüşçü)
6. Həşimov Gülhəsən ( döyüşçü)
7. İdayətov Rövşən (döyüşçü)
8. Heybətov Pənah (döyüşçü atası)
9. Qədirova Xatirə (döyüşçü anası)
10. İdayətova Cavahir (döyüşçü anası)
11. Sabirov Cahangir (döyüşçü atası)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ