lombard
10:20
125

Azərbaycanda tanınmış jurnalist evini şəhid anasına bağışladı – Foto

Azərbaycanda tanınmış jurnalist evini şəhid anasına bağışladı – Foto

Tanınmış jurnalist Şakir Eminbəyli “Jurnalistlər binası”ndakı mənzilini şəhid anasına hədiyyə edib.

Bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

Paylaşımda deyilir: “Şəhid Yusif Budaqovun anası Lətafət xanım!

Yusifin mərdliyi, qəhrəmanlığı və şəhadəti qarşılığında hər nə etsək, azdır… Yeni mənzilinizdə sağlam və gözəl ömür yaşamağınızı arzu edirəm”.

Yusif Ramiq oğlu Budaqov 1997-ci ilin 11 oktyabrında dünyaya gəlib. O, evin tək övladı olub. İkinci Vətən müharibəsində iştirak edən Yusif Füzuli istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Onun ailəsi Bakıda kirayədə yaşayıb.

Xatırladaq ki, “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli bir müddət öncə prezidentin 2017-ci ildə ona hədiyyə etdiyi mənzili şəhid ailəsinə bağışlayacağını demişdi. (modern.az)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ