lombard
12:35
97

Əfqanıstan: Taliban lideri 10 il sonra Kabilə qayıdır

Əfqanıstan: Taliban lideri 10 il sonra Kabilə qayıdır

Taliban hərəkatının siyasi lideri Molla Ədbül Qani Bəradər və digərləri bu gün və ya sabah paxtaxt Kabilə gələcəklər.

Molla Ədbül Qani Bəradər və qruplaşmanın digər yüksək rütbəli şəxsləri çərşənbə axşamı günü Qətərdən Əfqanıstanın Qəndəhar şəhərinə qayıdıblar.

Bu şəhər Talibanın yarandığı yerdir.

Talibanın əsasını qoymuş Bəradər həbsdən azad edildikdən sonra Qətərdə ABŞ-la sülh danışıqlarını aparırdı.

O, 2010-cu ildə Kəraçidə ABŞ-Pakistan birgə əməliyyatı nəticəsində saxlanılmışdı.

Hərəkatın nümayəndəsi Reuters agentliyinə deyib ki, Taliban liderləri artıq "heç bir gizlilik kölgəsi olmadan" özlərini dünyaya göstərəcəklər.

Qruplaşma liderləri son 20 ildə kimliklərini bəlli etmirdi və mühacirətdə gizli həyat yaşayırdılar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ