lombard
11:26
62

“İslam Dövləti” terrorçuları Somalidə şəhər ƏLƏ KEÇİRDİ

“İslam Dövləti” terrorçuları Somalidə şəhər ƏLƏ KEÇİRDİ

Terrorçu “İslam Dövləti” qruplaşmasının silahlıları Somalinin şimal-şərqində yerləşən Balidhidin şəhərini ələ keçiriblər.

İnkişaf.tv TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “Garowe Online” xəbər portalı məlumat yayıb.

Məlumata görə, terrorçular hökumət qüvvələri ilə şiddətli döyüşlərdən sonra avqustun 18-i şəhərə daxil olublar. Rayon administrasiya rəhbərinin qətlə yetirildiyi bildirilir. Portal onu da qeyd edib ki, Balidhidin şəhəri “İslam Dövləti”nin nəzarəti altına düşən ilk Somali şəhəridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ