İndiyədək əhalinin 24 faizi vaksin olunub
İnkişaf.tv-nin məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, əhalinin peyvəndlənməsində hər iki dozanı qəbul etmiş vətəndaşların sayı əsas götürülür: “Bu isə o deməkdir ki, indiyədək əhalinin 24 faizi vaksin olunub”.