lombard
15:35
28

Eyvandan toyu izləyən Aysel güllə ilə vurularaq öldürüldü - FOTO

Eyvandan toyu izləyən Aysel güllə ilə vurularaq öldürüldü - FOTO
Türkiyədə dəhşətli cinayət hadisəsi baş verib.
Ötən gün gecə radələrində İstanbulun Esenyurt bölgəsində toy məclisi keçirilib. Məhəllədə baş tutan toyda əvvəl iki qrup arasında mübahisə yaranıb. Daha sonra böyüyən mübahisə davaya çevrilib.

Hər iki tərəf bir-birinə silahla hücum edib. Evinin eyvanından toyu izləyən Aysel Akkale adlı qadın silahdan açılan atəşin qurbanı olub. Dava edən qrupu ayırmağa çalışan Özgür Çartepe isə hər iki ayağından vurularaq güllə yarası alıb.

Baş verənlər telefonların kameraları vasitəsilə anbaan görüntülənib. Daha sonra hadisə yerinə polis və təcili yardım çağırılıb. Ətrafdakı insanların köməyi ilə yaraılılar xəstəxanaya aparılıb. Öz evinin eyvanında ehtiyyatsızlıqdan silahla vurulan 54 yaşlı Ayselin həyatını xilas etmək mümkün olmayıb. O vəfat edib.

Ayağından yaralanan Özgürün isə müalicəsi davam etdirilir./BAKU.WS
Eyvandan toyu izləyən Aysel güllə ilə vurularaq öldürüldü - FOTO
Eyvandan toyu izləyən Aysel güllə ilə vurularaq öldürüldü - FOTO
Eyvandan toyu izləyən Aysel güllə ilə vurularaq öldürüldü - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ