lombard
15:42
29

Putin və Ərdoğan Əfqanıstanla bağlı ikitərəfli koordinasiyanı gücləndirmək barədə razılığa gəlib

Putin və Ərdoğan Əfqanıstanla bağlı ikitərəfli koordinasiyanı gücləndirmək barədə razılığa gəlib

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, prezidentlər 14 avqustda Rusiya Müdafiə Nazirliyinin Be-200 təyyarəsinin qəzaya uğraması nəticəsində Rusiya və Türkiyə vətəndaşlarının həlak olmaları ilə bağlı bir-birilərinə başsağlığı veriblər.

Ərdoğan Rusiya pilotlarının Türkiyədə meşə yanğınlarının söndürülməsinə əhəmiyyətli töhfə verdiklərini qeyd edib və göstərilən köməyə görə təşəkkürünü bildirib.

Əfqanıstan ətrafında vəziyyət ətraflı müzakirə edilib. Ölkədə sabitliyin və sülhün təmin edilməsinin, asayişə və qanuna ciddi riayət edilməsinin vacibliyi qeyd edilib. Terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə vəzifələrin prioritet xarakter daşıdığı vurğulanıb. Prezidentlər Əfqanıstan mövzusunda ikitərəfli koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

Bundan əlavə, liderlər ticari-iqtisadi, ilk növbədə enerji sektorunda əməkdaşlıq məsələlərinə toxunublar. (Apa.az)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ