Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lerik rayonu, Haftonu kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
İnkişaf.tv-nin Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
İlkin məlumata əsasən dağlıq ərazidə 1 ha sahədə quru ot, kol-kos və ağac kötükləri yanır.
Əlavə məlumat veriləcək.