lombard
10:51
44

“Sağ-salamat geri dönəcəyik ” – Əfqanıstandakı azərbaycanlı sülhməramlılar (FOTO)

“Sağ-salamat geri dönəcəyik ” – Əfqanıstandakı azərbaycanlı sülhməramlılar (FOTO)

“Taliban”ın nəzarətinə keçirdiyi Kabildə Türkiyə hərbi təhlükəsizlik qüvvələr ilə birgə Azərbaycanın sülhməramlıları “bir millət, iki dövlət” prinsipilə Həmid Karzai adına Beynəlxalq Hava Limanını mühafizə edir.

İnkişaf.tv-nin “Anadolu” xəbər agentliyinə istinadən məlumatına görə, hərbçilərimiz Türkiyənin təhlükəsizlik qüvvələr ilə birgə hava limanında köməksiz vəziyyətdə qalan insanlara dəstək verir.

“Anadolu”ya danışan Azərbaycanlı hərbiçi Anar Babayev “Hazırda türk qardaşlarımızla birlikdə Əfqanıstanda xidmətdəyik. Onlara yardım edirik” – deyib.

Bir aya yaxındır ki, Kabildə olduqlarını bildirən digər hərbçimiz Səxavət Kazımov Türkiyəli həmkarları ilə eyni bölgədə xidmət göstərdiklərini bildirib: “Buradan ailəmə, bütün əsgərlərin ailələrinə salam söyləyirəm. Hər şey yaxşıdır. İnşallah sağ-salamat geri dönəcəyik”.

Həbib Həsənov isə “Türk qardaşlarımıza hər zaman dəstək verməyə hazırıq” deyə bildirib.

Hava limanında təhlükəsizlik vəzifəsini icra edən Qismət Musayev isə bildirib ki, türk hərbçilərlə birlikdə insanlara dəstək verməkdən qürur duyur “Biz qardaşıq”, deyə əsgərimiz bildirib.

“Sağ-salamat geri dönəcəyik ” – Əfqanıstandakı azərbaycanlı sülhməramlılar (FOTO)
“Sağ-salamat geri dönəcəyik ” – Əfqanıstandakı azərbaycanlı sülhməramlılar (FOTO)
“Sağ-salamat geri dönəcəyik ” – Əfqanıstandakı azərbaycanlı sülhməramlılar (FOTO)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ