lombard
12:42
32

Azərbaycanda üçüncü doza vaksinin vurulması təklifləri irəli sürülüb

Azərbaycanda üçüncü doza vaksinin vurulması təklifləri irəli sürülüb


Son günlər COVID-19-a yoluxanların sayının artması ilə əlaqədar həkimlər həyəcan təbili çalır. Araşdırmalar göstərir ki, virusa yoluxanların əksəriyyəti peyvənd olunmayanlardır.  
İlk dozalardan əldə olunan immunitetin daha uzun müddətli olması məqsədi ilə dünya təcrübəsi əsasında üçüncü dozanın tətbiqinə başlanılıb. 

“Xəstəxanamızda yatan xəstələrin sayı 8-10 dəfə yüksəlib”. 

İnkişaf.tv Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Yeni Klinikanın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib:  

“Reanimasiya şöbəsində də xəstələrin sayı durmadan artır. Artıq o həddə gəlib ki, bir rezerv yataqlarımızı da açmağa məcburuq”. 

Hazırda ölkə əhalisinin cəmi 24%-i vaksinasiya olunub. Bu da virus zəncirinin qırılması üçün kifayət edən rəqəmlər deyil.

Pandemiyaya qalib gəlməyin yeganə yolu kütləvi vaksinasiyadır. Əgər ölkə əhalisinin 80%-i vaksinasiya olarsa, o zaman normal həyata qayıdışdan söhbət gedə bilər. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ