lombard
08:53
157

Ağsu yanır

Ağsu yanır

"Bir ağac kəsən sanki mənim qolumu kəsir" deyib, bizə nəfəs verib yaşadan ağacları belə yüksək dəyərləndirmişdir Ulu Öndər Heydər Əliyev.
Bu görüntülər Ağsu rayon icra hakimiyyətinin həyətindən və mərkəzi küçələrinin birindəndir.
Yarım əsrə bərabər yaşı olan çinarlar belə yanıb, quruyub məhv olurlar.
Görəsən bu qədər məsuliyyətsizlik, özbaşnalıq nədəndir icra məmurlarında ?
Hansı ki, rayonun iki su təsərrüfatı idarəsi, yaşıllaşdırma və yüzə qədər işçiləri, ona yaxın su maşını, su anbarı var...
Belə olan halda haqqı, hüququ tapdalanıb, ümüdi hər yerdən üzülən ağsuluların hansı durumda yaşamalarını təsəvvür etmək elə də çətin deyil...

Xəyanətdən, nankorluqdan.
Rüşvətxorluq, haqsızlıqdan.
Özbaşnalıq, azğınlıqdan,
Köksü, qəlbi yaralanır,
Ağsu yanır !

Gələn xalqı talan edir,
Büdcəmizi soyub gedir.
Beş-on məmur kef eyləyir,
Qalan dərddən havalanır,
Ağsu yanır !

Nə insan artır, nə ağac,
Cəmiyyət ac, təbiət ac.
Yaxşı pisə qalıb möhtac,
Ölən ölür, batan batır,
Ağsu yanır !

Abrımız var, arxamız yox,
Sözümüz var, eşidən yox.
Dövlət, qanun var, icra yox,
Tülkü şiri pulla alır,
Ağsu yanır !

Allah yar olsun xalqıma,
Ali Baş komandanıma.
Nəzər yetirsin Ağsuma,
Dünya bizə köks aparır,
Ağsu yanır !

Cahangir Təkləli

Ağsu yanır
Ağsu yanır
Ağsu yanır
Ağsu yanır
Ağsu yanır

Ağsu yanır

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ