Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, 5 milyon qaçqına ev sahibliyi edən Türkiyə əlavə miqrasiya yükünü qaldıra bilməz.
Bu sözləri Türkiyə Prezidenti Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişellə telefon söhbətində deyib.
Telefon danışığı zamanı Türkiyə - AB əlaqələri, Əfqanıstandakı vəziyyət və miqrasiya problemi müzakirə edilib.