Bu ilin yanvar-iyul aylarında Azərbaycan, kondensatla birlikdə 16,4 mln. ton neft ixrac edib, bu da 2020-ci ilin müvafiq dövrünə nisbətən 3% azdır.
Energetika Nazirliyindən verilən məlumata görə, kondensatla birlikdə ixrac edilən neftin 15,6 mln. tondan çoxu ”Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlar blokunun və “Şahdəniz” qaz-kondensat yataqlının payına düşüb.
Məlumata görə, SOCAR hesabat dövründə 823,7 min ton neft ixrac edib.