lombard
08:59
204

Nərimanov və Xətai rayonlarında vaksinasiya məntəqələri açıldı

Nərimanov və Xətai rayonlarında vaksinasiya məntəqələri açıldı

Peyvəndləmə ilə bağlı yaranan sıxlığı aradan qaldırmaq üçün, Nərimanov və Xətai rayon əraziləri üzrə əlavə vaksinasiya məntəqələri yaranıb. 

Bu barədə İnkişaf.tv-yə Səhiyyə Nazirliyindən məlumat verilib. 

Səhiyyə Nazirliyi bildirir ki, vaksinasiya prosesi üçün, Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası (ünvan: Əliağa Şıxlinski küç, 59) və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası (ünvan: Faiq Yusifov küç, 37) artıq fəaliyyət göstərir: “Adıçəkilən məntəqələrdə vaksin olunmaq üçün vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə  onlayn qaydada növbə götürməlidirlər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ