lombard
10:36
71

Bayden Əfqanıstanla zarafat etmək istəyərkən mikrofonu söndürüldü

Bayden Əfqanıstanla zarafat etmək istəyərkən mikrofonu söndürüldü

ABŞ Prezidenti Co Bayden Ağ Evdə keçirdiyi brifinqdə Əfqanıstanla bağlı suala cavab olaraq zarafat etmək istəyib, ancaq dərhal mikrofonu söndürülüb.

İnkişaf.tv xəbər verir ki, bu olay brifinqdə NBC jurnalistinin Baydendən ABŞ ordusu 31 avqust tarixinə qədər Əfqanıstanı tərk etməsə, o nə edəcək, sualına cavab verərkən baş verib.

Bayden cavab olaraq gülümsəyib, bir neçə saniyə düşünüb və jurnalistə deyib: "Zəng etdiyim ilk adam sən olacaqsan". Görünür, başqa bir şey demək istəyib, amma Ağ Evin əməkdaşları həmin anda mikrofonu söndürüblər. Respublikaçılar bunun Baydenin daha da rüsvay olmaması üçün edildiyini irəli sürüblər, - deyə Fox News yazıb.

Daha əvvəl Taliban yaraqlıları, amerikalıların 31 avqusta qədər qoşunlarını geri çəkməsələr, taliblərin bunu işğal hesab edəcəklərini bildirmişdilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ