lombard
06:49
132

“79 yaşlı Prezidentin idarəçilik qabiliyyətinə ciddi şübhələr yaranıb”

“79 yaşlı Prezidentin idarəçilik qabiliyyətinə ciddi şübhələr yaranıb”

Siyasi şərhçi Şahin Cəfərli ötən gün Kabil hava limanındakı terrorda 13 amerikalı əsgərin ölməsinin, 15-nin isə yaralanmasının prezident Bayden və demokratların mövqelərinə növbəti ağır zərbə olduğunu bildirib.

İnkişaf.tv 7Times.az-a istinadən xəbər verir ki, Ş. Cəfərlinin sözlərinə görə, 79 yaşına girmiş Prezidentin idarəçilik qabiliyyətinə dair ciddi şübhələr yaranıb: “Respublikaçılar impiçment tələb edir. Baydenin düşdüyü durum demokratları qorxudur. Gələn il Konqresə ara seçkilər keçiriləcək. Gedişat onu göstərir ki, respublikaçılar böyük ehtimalla palatalardan azı birini (Senatı) yenidən nəzarətə götürəcək.

Maraqlıdır ki, demokratlar ən çox Baydenin xarici siyasət təcrübəsi ilə öyünürdülər, uğursuzluqlar da məhz bu sahədə gəldi. İndi o boyda dövlət Talibana möhtac qalıb ki, təxliyyə əməliyyatının təhlükəsizliyi daha etibarlı təmin olunsun.

Başqa bir önəmli detal isə, İŞİD-in Əfqanıstanda bu dərəcədə aktiv gücə sahib olmasıdır. Əgər bugünkü terrorun təşkilində Talibanın rolu yoxdursa, yəni İŞİD bunu tamamən öz gücü ilə həyata keçiribsə, bu, o deməkdir ki, Əfqanıstanın yaxın gələcəkdə suriyalaşma potensialı var”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ