Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndinin yaxınlığında yanğın baş vermiş əraziyə gedib.
Inkişaf.tv-nin məlumatına görə, nazir yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olmaq üçün, əraziyə helikopterlə baxış keçirib.
Daha sonra nazir, rayonun Abrıx kəndi yaxınlığındakı ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri yanğınla mübarizələrini davam etdirir.