lombard
16:22
255

Nizami Rayonu bələdiyyəsi sədri-Vüqar Quliyevin özbaşınalığı

Nizami Rayonu bələdiyyəsi sədri-Vüqar Quliyevin özbaşınalığı

Bələdiyyə sədri vətəndaşlar tərəfindən seçilib və təyin olunub. Amma bu gün Vüqar Quliyev nəinki vətəndaşı, heç jurnalisti də qəbul etmir. Qapıda oturan mühafizəçisi 1991-1993-cü il vətən müharibəsinin iştirakçısıdır, işlə təmin edib və qapısında mühafizəçisi kimi oturdub. Ona tapşırıb ki, gələn- gedən vetendaş və jurnalisti, həftənin 3 günü saat 5-dən 7-yə kimi qəbul edin. Mən başa düşmürəm, bir jurnalist kimi, Cənab Prezident Öz çıxışında demişdi: Hər bir rayona, icra başcısını, mən təyin edirəm, gedin xalqa xidmət edin. İstər bələdiyyə olsun, istər icra nümayəndəliyi olsun, vətəndaşlara xidmət edin.

Sonra Bələdiyyə mühafizəçisi Vüqar müəllimin köməkçisinə zəng etdi. Köməkçi heç özünü təqdim etmədən: -Sadəcə köməkçi vəzifəsi daşıyıram. Bələdiyyə iş birliyi nömrəsini bizə verdi ki, biz bələdiyyə sədri ilə görüşmədən öncə bələdiyyə iş birliyi ilə əlaqə saxlayaq,onlara fikrimizi bildirək- dedi. Sonra isə sözünü dəyişdirdi ki, Rayon icra hakimiyyətindən icazə alın və sonra mənə zəng vurulsun, ondan sonra mən jurnalisti qəbul edəcəm. Və biz həmin nömrəyə zəng etdik, bizə Cavab verən olmadı. Təəsüflər olsun ki Vüqar müəllimin bəxti gətirmədi. Və köməkçisi yenə bizə bildirdi ki, siz rayon icra hakimiyyətindən icazə almalısınız. Bir jurnalist kimi sual verdim ki, nə vaxtdan belə bir qanun qüvvəyə minib ki, bələdiyyə ilə görüşmək üçün, bələdiyyə birliyinə zəng etməliyik və icra başçısından icazə almalıyıq? Bu saulın qarşısında Köməkçisi telefonun dəstəyini yerinə qoydu. Sonra isə, biz çölə çıxdıq, reportaj hazırlanan zamanı bələdiyyənin mühafizəçisi bələdiyyənin qapısını bağladı, bizi içəri buraxmadı.

Vüqar Quliyev sadəcə bələdiyyə sədridir və belə edir. Görəsən o icra başcısı olsa nələr edər? Baxin bizim belə bələdiyyələrimizdə var. Bələdiyyənin öz başınalığı bu yerə çatır. Bu sədr jurnalisti qəbul etmir, vetendaşı necə qəbul edər?
Nahid Cavanşiroğlu

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ